İrəvan "Surmalu faciəsi"nə görə İrina Mədətovanı həbs etdi

   İrəvan "Surmalu faciəsi"nə görə    İrina Mədətovanı həbs etdi
  22 Fevral 2023    Oxunub:1751
Ermənistanın "Surmalu" ticarət mərkəzinin direktoru İrina Mədətova saxlanılb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Mədətova ötən il sözügedən ticarət mərkəzində baş verən faciəvi partlayışla bağlı açılan iş üzrə saxlanılıb.

"Surmalu faciəsi"ndə yeni detal: Mağazada 4 ton partlayıcı maddə saxlanılıb
Xatırladaq ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində güclü partlayış baş vermişdi. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb.

Hadisə ilə bağlı cinayət işi açıldı və bir neçə nəfər saxlanılıb. İş üzrə 4 təqsirləndirilən şəxs var. İstintaq çərçivəsində yüzlərlə vətəndaş dindirilib, 90 nəfər isə zərərçəkmiş kimi tanınıb. Onlardan 55-i xəsarət alıb, 35-nə maddi ziyan dəyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti