Medvedev: "ABŞ-dan qorunmaq üçün nüvədən istifadə edəcəyik"

      Medvedev:    "ABŞ-dan qorunmaq üçün nüvədən istifadə edəcəyik"
  22 Fevral 2023    Oxunub:954
"Rusiya özünü ABŞ-dan qorumaq üçün istənilən silahdan, o cümlədən nüvədən istifadə edə bilər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın START-3-də (Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi) iştirakını dayandırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün ağıllı qüvvələrə aydındır ki, ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, deməli, dünya genişmiqyaslı münaqişə astanasındadır.

Rusiya "nüvə triadası"ndan olan təyyarələrini havaya qaldırdı
"Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, o zaman bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var", - Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Dmitri Medvedev həmçinin xatırladıb ki, Rusiya qələbə qazanmadan xüsusi əməliyyatı dayandırsa, parçalanacaq.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Duma qanun layihəsinə fevralın 22-də baxacaq.

Qeyd edək ki, bu müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur. Rusiyanın START-3-də iştirakını dayandırmaq qərarına gəlincə, Putin bir gün əvvəl Federal Məclisə müraciətlə çıxış edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Nüvə  





Xəbər lenti