Ararat Mirzoyana sui-qəsd edən şəxs həbs edilib

   Ararat Mirzoyana sui-qəsd edən şəxs həbs edilib
  22 Fevral 2023    Oxunub:1012
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) xarici işlər naziri Ararat Mirzoyanı öldürməyə cəhddə şübhəli bilinən vətəndaşlardan birini saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə MTX-nn mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İkinci Qarabağ müharibəsinə son qoyan məlum üçtərəfli bəyanatın imzalamasından xəbər tutan vətəndaş T.A. noyabrın 10-na keçən gecə Ermənistan parlamentinin binasına gedib.

MTX İrəvandakı 10 noyabr iğtişaşlarının təşkilatçısının adını açıqlayıb
Həmin vaxt parlamentdə, eləcə də hökumət daçalarında iğtişaşlar olub. Mirzoyanın avtomobilini Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində görən T.A. iğtişaşçılara qoşularaq maşını saxlayıb. Onlar Mirzoyanı maşından sürüyərək düşürdükdən sonra döyməyə başlayıblar.

Müəyyən edilib ki, etirazçılar Mirzoyanın başını təpikləyiblər. Nəticədə, parlamentin eks-spikeri çoxsaylı sınıq və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

T.A ilə bağlı isə cinayət işi başlanıb. MTX onun iki ay müddətinə həbs edilməsinə dair vəsatəti məhkəməyə təqdim edib. Vəsatət artıq təmin edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   İğtişaş   Həbs  





Xəbər lenti