Türkiyədə qızılı səhvən yardım kimi göndərdi

 Türkiyədə qızılı səhvən yardım kimi göndərdi
  22 Fevral 2023    Oxunub:1389
Trabzonun Sürmene mahalında Akyasan ailesi içi qızılla dolu ayaqqabını yanlışlıqla zəlzələdən əziyyət çəkənlərə göndəriblər.
Ailə zəlzələdən zərər çəkənlərə kömək etmək üçün içində ayaqqabı, palto və sviter kimi əşyaların olduğu çantanı yardım toplama mərkəzinə aparıb.

Qarşıdan gələn toyları üçün yığdıqları qızıllara baxmaq istəyən Akyasanlar 4 gündən sonra qızılları saxladıqları ayaqqabıları da zəlzələdən zərərçəkənlərə göndərdiklərini anlayıblar. Ana qızılları yatağın altında oğlunun çəkmələrinin içində saxlayırmış. Yardım çantası hazırlayan zaman həyacanlı olduqları üçün oğlu fikir vermədən həmin çəkmələri də ora qoyub.

Qızılları geri qaytarmaq üçün Qaziantepə gedən Dursun Akyasan bir nəticə əldə edə bilməyib. Qaziantepdə vəziyyəti təhlükəsizlik qüvvələrinə bildirən ailə başçısı həmin qızılları iyulun 19-da oğlunun olacaq toyu üçün saxladıqlarını deyib. Onun sözlərinə görə, ayaqqabının içində 80 qram külçə qızıl olub və hamısının seriya nömrəsi var.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti