Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO
![Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO](https://azvision.az/photos/2023/02/Screenshot_4-1677049256.jpg)
Bölgəyə nə baş verdiyini görmək üçün gəldiklərini bildirən Berbok: "Bu zəlzələ fəlakətinin ölçüsü burada olsanız belə, sözlə ifadə edilə bilməz" deyib.
Ötən gün bölgədə zəlzələ olduğunu və insanların maşınlarında gecələdiyini xatırladan Berbok zəlzələni hiss etdiklərini bildirib.
Nazirin sözlərinə görə, Almaniyanın zəlzələdən əziyyət çəkənlərə yardımı 108 milyon avroya çatıb.
Almaniyada qohumu olanların viza prosesini asanlaşdırdıqlarını vurğulayan Berbok insanların viza ilə bağlı müraciət etmələri üçün bölgədə “viza avtobusu”nun olduğunu qeyd edib.
Almaniyada qohumları olanlara 90 günlük Şengen vizası ilə ora getmə imkanını yaratdıqlarını deyən Faezer bunun xüsusilə travma keçirən və yaralananlar üçün əlavə bir yardım olduğunu söyləyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: