Netanyahu yaxın vaxtlarda Kiyevə səfər edə bilər

   Netanyahu yaxın vaxtlarda Kiyevə səfər edə bilər
  22 Fevral 2023    Oxunub:950
İsrailin baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Kiyevə səfər edə bilər.
Bu barədə “İsrael Hayom” nəşri mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu məsələ hazırda İsrail Nazirlər Kabinetinin rəhbərinin ətrafında müzakirə olunur. Nəşr vurğulayıb ki, belə bir səfər baş tutsa, Kiyevdə Netanyahunu Ukrayna prezidenti Vladimir Zelenski qəbul edəcək.

Qəzetin ukraynalı mənbələrinin məlumatına görə, İsrailin baş naziri artıq Ukraynaya səfərə dəvət olunub, lakin mümkün səfərin tarixi hələ razılaşdırılmayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti