Baydenin müşaviri: "Putin müharibəni seçməyə bilərdi"

   Baydenin müşaviri:    "Putin müharibəni seçməyə bilərdi"
  21 Fevral 2023    Oxunub:972
“Ukraynanın və ya bir başqasının Rusiyaya hərbi təhlükə törətdiyini düşünmək absurddur”.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Sallivan Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisdə çıxışına cavab olaraq qeyd edib ki, Qərb ölkələri tərəfindən Rusiyaya hər hansı təhlükə mövcud deyil.

“Heç kim Rusiyaya hücum etmir. Ukraynanın və ya başqasının Rusiyaya hərbi təhlükə törətdiyini düşünmək absurddur”, - deyə Sallivan vurğulayıb.

“Bu müharibə seçim idi. Putin müharibə aparmaq qərarına gəldi. O, bu seçimi etməyə bilərdi. O, hətta indi də müharibəni bitirmək qərarını verə bilər”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti