"Ödədiyimiz pulun geri qaytarılmasını gözləmək ən təbii haqqımızdır" - Çavuşoğlu
!["Ödədiyimiz pulun geri qaytarılmasını gözləmək ən təbii haqqımızdır" - Çavuşoğlu "Ödədiyimiz pulun geri qaytarılmasını gözləmək ən təbii haqqımızdır" - Çavuşoğlu](https://azvision.az/photos/2023/02/206398-1676881767.jpg)
"Bugünkü görüşdə F-16 tələbimizlə bağlı son vəziyyəti müzakirə etdik. ABŞ administrasiyası tələbimizə güclü dəstək verir. Bu prosesi tez başa çatdırmaq hər iki tərəfin marağındadır. konqresdə həmişə çətinliklər olur. Biz konqresin əngəlləyici deyil, dəstəkləyici rol oynamasını gözləyirik.
Tələbimizin ödənilməsi həm ikitərəfli münasibətlərimiz, həm də NATO-nun müdafiə qabiliyyəti üçün vacibdir. ABŞ administrasiyası konqreslə dialoqunda bunu açıq şəkildə deyir.
Konqresdə bəzi senatorların yazdığı məktubdan da xəbərdarıq. Bir tərəfdən, biz nümayəndə heyətlərimizlə birlikdə konqres üzərində işimizi davam etdiririk. Eynilə, hesab edirəm ki, ABŞ administrasiyası qətiyyətli mövqe tutsa və konqresdə birgə işləsək, biz bunun öhdəsindən gələ bilərik.
Biz F-35 proqramının tərəfdaşları idik. Sanksiyalara görə Türkiyə F-35 proqramından çıxarılıb.
Bu, bizim qərarımız deyildi, birtərəfli qərar idi. Biz 1,4 milyard dollar ödəmişik. Türkiyə bu proqramda olmadığı üçün ödədiyimiz pulun geri qaytarılmasını gözləmək ən təbii haqqımızdır. Bu məsələ ilə bağlı danışıqlar hələ də davam edir. Yanvarın 18-də Entoni ilə görüşərkən mütəxəssislərimiz həmin gün F-35 ilə bağlı da danışıqlar aparıblar. Bu nəticəni mümkün qədər tez əldə etmək faydalı olardı", - Çavuşoğlu bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: