- İsrailin hazırkı baş naziri hərbçi olub. Bu ölkənin siyasi təbəqəsinin əhəmiyyətli bir hissəsi də keçmiş hərbçilərdən ibarətdir. Hərbi elitanın dövlətdə əhəmiyyətli çəkisi yoxdursa, o dövlət özünü milli hesab edə bilməz. Bu, ABŞ-da və güclü dövlətçiliyi olan istənilən başqa ölkədə də belədir.
İndiki Ermənistanımızda isə istər iqtidar olsun, istərsə də müxalifət, heç bir düşərgədə "döyüş sinfi" tamamilə sıfıra enib. Bu hal dövlətçiliyimizi yarımçıq və qeyri-milli edir. Hərbi elita dövlətin toxunulmazlığıdır. Necə ki, heç bir orqanizm virus infeksiyalarından tam immunlaşmayıb, eləcə də heç bir ölkə populist xainlər tərəfindən hakimiyyəti ələ keçirməkdən sığortalanmayıb. Ancaq bədəndə güclü bir immunitet sistemi fəaliyyət göstərdikdə, hər hansı bir viral infeksiyadan xilas olmaq mümükün olur. Beləliklə, xatırladım ki, 1998-ci ildə hərbi elitamız milli maraqlardan kənara çıxan siyasi elementi aradan qaldırmışdı, - "Zangi"nin rəhbəri qeyd edib.
O keçmiş döyüşçülərə açıq müraciət ünvanlayıb: "Mübariz, döyüşkən oğlanlarımıza müraciət edirəm. Daha fəal olun, məsuliyyəti üzərinizə götürün. Sakit oturmusunuz, digərləri isə guya millətin taleyi ilə məşğuldurlar".
Tural Tağıyev
AzVision.az