Dəməşqə hava zərbələri nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb
Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini vurub. Hücum nəticəsində bir neçə ev dağılıb.
AFP xəbər verir ki, hava zərbəsi İranın mədəniyyət mərkəzinin yaxınlığında yerləşən obyektlərə endirilib. Reuters agentliyinin məlumatına görə, Suriya paytaxtının mərkəzinə yaxın ərazidə əhalinin sıx məskunlaşdığı ərazidə bir neçə binaya ziyan dəyib.
Dəməşqin ətrafı tez-tez hava zərbələrinə məruz qalır. Suriya hökuməti adətən buna görə İsraili günahlandırır, lakin Qüds əməliyyatlarının aparılmasına münasibət bildirmir.
Dəməşq sonuncu dəfə yanvarın əvvəlində atəşə tutulub. İki əsgər şəhid olub, daha iki əsgər isə yaralanıb.
Fevralın 6-da Türkiyəni vuran dağıdıcı zəlzələ Suriyada da baş verib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fevralın 12-nə ölkədə 8,5 min nəfər ölüb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: