Vaşinqtonda Tayvan rəsmilər ilə gizli danışıqlar aparılacaq
![Vaşinqtonda Tayvan rəsmilər ilə gizli danışıqlar aparılacaq
Vaşinqtonda Tayvan rəsmilər ilə gizli danışıqlar aparılacaq](https://azvision.az/photos/2023/02/Depositpho91-1676704205.jpg)
Nəşrin məlumatına görə, Tayvandan olan nümayəndə heyəti ABŞ-da milli təhlükəsizlik müşavirinin müavini Con Finerlə görüşəcək. Görüşdə ABŞ dövlət katibinin müavini Vendi Şermanın da iştirak etməsi mümkündür. Tayvanı xarici işlər naziri Cozef Vu və milli təhlükəsizlik müşaviri Vellinqton Ku təmsil edəcək.
“Financial Times” qeyd edib ki, "xüsusi kanal" təhlükəsizlik məsələləri ilə məşğul olmaq üçün istifadə olunur və Tayvan ətrafında vəziyyət pisləşdikcə getdikcə daha çox əhəmiyyət kəsb edir.
AzVision.az
Teqlər: