Tayvan münaqişəsi: Çinlə ABŞ arasında gərginlik artır

      Tayvan münaqişəsi:    Çinlə ABŞ arasında gərginlik artır
  17 Fevral 2023    Oxunub:1015
“Çin Xarici İşlər Nazirliyi gərginliyi artırmamaq üçün ABŞ-dan Tayvanla hərbi təmaslardan imtina etməyi tələb edib”.
Bu barədə “TASS” Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbinə istinadən məlumat yayıb. O, Pentaqon rəhbərinin köməkçisinin müavini Maykl Çeysin Taypeyə mümkün səfərini tənqid edib:

“Biz israr edirik ki, Amerika tərəfi Tayvanla rəsmi, eləcə də istənilən formada hərbi əlaqələri dayandırsın. Eyni zamanda Tayvan boğazında gərginliyin növbəti dəfə artmasına səbəb olacaq faktorlar yaratmasın”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Vaşinqton Çinlə yeni soyuq müharibəyə can atmır, lakin onunla rəqabət aparmağa davam edəcək. Ümumiyyətlə ABŞ-Çin münasibətləri son vaxtlar Tayvan, ticarət və COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti