Türkiyədə zəlzələdə ölənlərin sayı 39 mini ötüb - YENİLƏNİB

   Türkiyədə zəlzələdə ölənlərin sayı 39 mini ötüb -  YENİLƏNİB
  17 Fevral 2023    Oxunub:2049
Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb.
AzVision.az xəbər veriri ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, ümumilikdə 82 min bina zərər çəkib.
***
09:14
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 11 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti