Suriyada azərbaycanlı komandir öldürüldü

Suriyada azərbaycanlı komandir öldürüldü
  18 May 2014    Oxunub:1373
İŞİD-in nəzarəti altında olan Rakka vilayətində "Ketibetül Azərbaycan" camaatı ilə PYD-adlı qruplaşmanın üzvləri arasında döyüş baş verib
Suriyada döyüşən azərbaycanlılardan ibarət taborun komandiri Musa əl Azəri adlı şəxs qətlə yetirilib.

Azərbaycanlı tabor komadiri Musa əl Azəri İraq Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmanın tərkibində vuruşub.

İŞİD-in nəzarəti altında olan Rakka vilayətində "Ketibetül Azərbaycan" camaatı ilə PYD-adlı qruplaşmanın üzvləri arasında döyüş baş verib. Döyüş zamanı azərbaycanlılardan ibarət taborun komandiri olan Musa əl Azəri adlı şəxsin də qətlə yetirildiyi bildilir.

Xatırladaq ki, bir neçə ay öncə Suriyada baş verən döyüşlər zamanı tərkibində 12 azəbaycanlının olduğu tabor üzvləri qətlə yetirilib.

Qeyd edək ki, Suriyada ixtişaşların başlamasından 3 ildən artıq zaman keçib. Bu müddət ərzində baş verən qanlı döyüşlərdə yüz minlərlə insan öldürülüb.

2014-cü ilin əvvəlindən Suriyada hökumət və müxalifət qüvvələri arasında baş vermiş toqquşmalarda 3300 insan həyatını itirib.(anspress)


Teqlər:  





Xəbər lenti