Krım tatarlarının mitinqini vertolyotla dağıtdılar
AzVision.az xəbər verir ki, deportasiya qurbanlarını ananlar “Mustafa”, “Millət”, “Vətən”, “Krım” deyə qışqırmağa başlayıblar. Mitinqə gələnlər arasında xeyli uşaq və deportasiya şahidləri-yaşlı insanlar olub.
Baxçasaray Regional Məclisinin sədri Axtem Çiygöz mitinq iştirakçılarını təxribata uymamağa, Simferopol şəhərinin Ağ məscid qəsəbəsində keçirilən ümumkrım mitinqinə qoşulmağa çağırıb.(aktual.az)
Teqlər: