Ermənistanda qanuni oğru həbs edildi - VİDEO
![Ermənistanda qanuni oğru həbs edildi - VİDEO Ermənistanda qanuni oğru həbs edildi - VİDEO](https://azvision.az/photos/2023/02/411544254_0_0_2000_1125_1920x0_80_0_0_cd45607f9dea697aa4d6fae4c874e10b-1675439846.jpg)
Başqa bir epizoda görə, bir-birinə yol verməyən vətəndaşlar arasında yaranan mübahisənin həllini avtoritet öz üzərinə götürüb. Hadisə zamanı onlardan biri silah göstərərək özünü G.İ.-nin qohumu kimi təqdim edib. Ertəsi günü avtoritet məsələni "həll edib".
Bundan əlavə, qanuni oğru daha bir borcun - 2,3 milyon dramın qaytarılması məsələsini həll etməyi öhdəsinə götürüb. Bunun üçün payını almalı, bir hissəsini isə ortaq dostuna köçürməli idi.
G.İ. borcluya zəng edərək pul tələb edib, söhbət əsnasında vaxtaşırı güc tətbiq etməklə hədələyib. Nəticədə noyabrda 400 min dram, daha sonra isə daha 900 min dram alıb, lakin pulu kreditora köçürməyib, mənimsəyib.
G.İ və ona üz tutan 53 yaşlı kişi saxlanılıb. Onlara ittiham irəli sürülüb. G.İ.-nin barəsində həbs qətimkan tədbiri seçilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: