Gürcüstan prezidenti torpaq sürüşən əraziyə gedib
Mayın 17-də Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Dəryal vadisində torpaq sürüşməsi baş verib
AzVision.az məlumatına görə, hadisə yerinə Gürcüstan prezidenti Georgi Marqvelaşvili səfər edib.
“Sakinlərin dediyinə görə, sürüşmə zamanı 5-6 uzun yük aracı torpaq altında qalıb. Həmin avtomobillərin sürücüləri ilə birlikdə sərnişinlərin də olduğunu nəzərə alsaq, o zaman zərərçəkənlərin sayının çox olacağını ehtimal etmək olar”-deyə, o, jurnalistlərə bildirib.
Gürcüstan KİV-in məlumatına əsasən, təbii fəlakət bölgəsindən 250-yə yaxın sakin köçürülüb. Mənbə bildirib ki, 6 nəfər itkin düşmüş sayılır.
Xatırladaq ki, baş verən torpaq sürüşməsi nəticəsində Terek çayında da suyun səviyyəsi on metrdən çox artıb.
Teqlər: