Toydan 22 gün sonra ölən gəncin hekayəsi
Onun sözlərinə görə, Mustafa hərbi xidmətdən yeni qayıtmışdı. Pul qazanıb ailə qurmaq üçün Somadakı mədəndə işə düzəldi. Toydan qalan gəlirlə banklara olan kredit borclarını bağlamağı planlaşdırırdı. Amma əcəl onu daha tez yaxaladı.
Gaffur deyir ki, qardaşının toy üçün işdən aldığı icazə müddəti başa çatdı və işə çıxandan 2 gün sonra mədəndə əbədi torpağa qovuşdu.
“20 gündür ki, ailə quran qardaşım Mustafanı ilk dəfə olaraq həyat yoldaşı işə yola saldı. Bu qardaşımın son gedişi oldu. Digər qardaşım Rasim də həmin mədəndə işləyirdi. Rasim növbəni dəyişmək üçün Mustafanı gözləyirdi. Lakin Rasimə onun cəsədini qucaqlamaq qismət oldu. Kreditlərini ödəmək üçün girdiyi mədən onun məzarı oldu”,- deyə Gaffur bildirib.(anspress.com)
Teqlər: