"Aşıq Abbası və direktoru vəhşicəsinə öldürdülər" - Qafanlı müəllim
Mübarək müəllim ailəsi ilə birlikdə evdən çıxa bilmədiyi o günlərdə Qafanda Aşıq Abbasın və işlədiyi məktəbin direktoru Xeybər Paşayevin vəhşicəsinə öldürüldüyünü deyir. Artıq ərzaq da tükənirdi. Ona görə də bir qərar vermək lazım idi: “Yaxınlıqda qohumum qalırdı. Qərara gəldim ki, gecə saatlarında onların evinə gedək və elə də etdik. Orada başqa ailələrdən olan uşaqlar da vardı. Qohumum qoşqusu çadırla örtülən yük maşını tapmışdı və səhər saat 5-də yola çıxacağımızı bildirdi. Maşının sürücüsü erməni idi, o, bizi aparmaq üçün xeyli pul istəyirdi. Sağ qalmağımız üçün dediyi pulu verdik və bizi Zəngilan rayonundakı Ağkənd kəndinə çatdırdı”.
Ötən illərdə Qafanı bircə gün də unutmadığını deyən Mübarək Mehdiyev Prezident İlham Əliyevin Qarabağı azad etdiyi kimi, Qərbi azərbaycanlıları da tarixi yurd yerlərinə qaytaracağına əmindir.
Xatırlatma: Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.
AzVision.az
Teqlər: Qafan