İranda zəlzələ: 970 nəfər yaralanıb, 3 nəfər ölüb - YENİLƏNİB 2
Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.
***
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 816 nəfərə çatıb, 3 nəfər ölüb.
AzVision.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan məlumat verib.
****
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 664 nəfərə çatıb, 2 nəfər ölüb. İRNA agentliyi xəbər verir ki, bu barədə bazar günü vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan bildirib.
İlkin hesablamalara görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, binaların 50%-ə qədəri dağılıb.
Qeyd edək ki, yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Hoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 43 km dərinlikdədir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: