Mustafa Cəmilov Krıma getməkdən imtina etdi

Mustafa Cəmilov Krıma getməkdən imtina etdi
  17 May 2014    Oxunub:966
Mustafa Cəmilov Krım tatarlarının deportasiyanın ildönümü ilə bağlı Krıma getməkdən imtina edib.

Məlumata görə, bunu Krım tatarlarının lideri regional Məclislərin növbədənkənar iclasında bəyan edib.

Krıma buraxılacağına şübhə ilə yanaşan M.Cəmilov qeyd edib ki, yerli icma onu qarşılamağa cəhd etsə, bu, münaqişəyə gətirib çıxara bilər. Buna yol verməmək üçün M.Cəmilov mayın 18-də Krıma getməyəcək.

Xatırladaq ki, Krım hökuməti Krım tatarlarının deportasiyanın ildönümü ilə bağlı keçriləcək mitinqə imkan verməyib və bununla bağlı xüsusi sərəncam imzalaylb. (apa)


Teqlər:





Xəbər lenti