Hamilə qadın xristiana ərə getdi və öldürüldü

Hamilə qadın xristiana ərə getdi və öldürüldü
  17 May 2014    Oxunub:1143
Hamilə qadın xristiana ərə getdiyi üçün edam cəzası alıb.

AzVision.az-ın məlumatına görə, Sudan məhkəməsi 27 yaşlı hamilə qadını 100 şallaq cəzası və edam cəzası verib.

Məryəm Yehya İbrahim dinini danmaqda və zinada günahkar bilinib. Onun həyat yoldaşı, əlil olduğu üçün arabada gəzən xristian Daniel Uani isə deyir ki, əslində ittihamların heç bir əsası yoxdur.

Məryəm 6 yaşında müsəlman atası öləndən sonra xristian olan anası tərəfindən xristian kimi böyüdülüb. Bu üzdən də indi xristianla ailə qurub. Xartum məhkəməsi isə onu xristian kimi yox, atası üzündən müsəlman kimi tanıyır. Müsəlman qadının xristianla kilsədə ailə qurub hamilə qalmasını məhkəmə zina olaraq qiymətləndirib, buna görə ona edam cəzası verib.

Məryəm məhkəmədə özünün müsəlman yox, xristian olduğunu bildirdiyi üçün isə ona əlavə olaraq dini danmaq ittihamı ilə 100 şallaq cəzası verilib.

Məhkəmə prosesi Məryəmin qardaşı üzündən başlayıb. Qadının qardaşı polisə müraciət edib ki, bacısı neçə ildir itkin düşübmüş və indi xristian kişi ilə ailə qurmasından şikayətçidirlər.

"Amnesty İnternational" Məryəm İbrahimi dini əqidəsinə həbsə olduğunu bəyan edib və bir sıra yerli hüquq müdafiə təşkilatları, o cümlədən Qərb dövlətlərinin səfirlikləri ilə birgə hamilə qadının cəzasının qaldırılması üçün hökumətə müraciət edib.

Ancaq daha öncə Sudanda olan təcrübəyə görə, hamilə və ya südəmər körpəsi olan anaların uşağını ya doğması və ya da südəmər uşağın süddən kəsilməsini gözləyir, sonra isə edamı icra edirlər.



Teqlər:





Xəbər lenti