“Hindistan Ermənistana keyfiyyətsiz silahlar verir” – Pakistanlı general (Eksklüziv)

   “Hindistan Ermənistana keyfiyyətsiz silahlar verir” –    Pakistanlı general (Eksklüziv)
  22 Yanvar 2023    Oxunub:2478
“Bu gün Pakistanla Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Biz Azərbaycan xalqına hərtərəfli dəstək verəcəyik, çünki o, qardaş İslam ölkəsidir”.
Bu sözləri AzVision.az -a Pakistanda qəbilələrin yaşadığı ərazilərin təhlükəsizlik xidmətinin keçmiş rəisi, istefada olan briqada generalı Mehmud Şah deyib. O bildirib ki, Pakistan xalqı Azərbaycan xalqına böyük rəğbət bəsləyir və onun Ermənistana qarşı apardığı mübarizəni yüksək qiymətləndirir

- Ermənistana verilən Hindistan silahlarına gəlincə, onlar keyfiyyətsizdir və döyüş meydanında böyük əhəmiyyət kəsb etməyəcək. Pakistan və Türkiyənin dəstəyi Azərbaycanın beynəlxalq məsələlərdə mövqeyini xeyli gücləndirəcək,- general əlavə edib.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti