Notr-fallos kilsəsi: Bricit Makronun arzusu ürəyində qalıb

      Notr-fallos kilsəsi:    Bricit Makronun arzusu ürəyində qalıb
  16 Yanvar 2023    Oxunub:6347
Fransanın keçmiş mədəniyyət naziri Rozelin Başlonun yeni çapdan çıxan “682 gün” adlı kitabında sensasion açıqlamalar yer alıb. O yazır ki, ölkənin birinci xanımı Bricit Makron Notr-Dam kilsəsinin təmiri ilə bağlı olduqca biədəb layihə irəli sürübmüş. Layihədə məşhur kilsənin yanğın zamanı məhv olmuş qülləsini... fallos və qızıl xayalarla əvəz etmək nəzərdə tutulurmuş.
“...Qarşıda belə bir sual dururdu: Biz Roma arxitekturası üslubunda tikilmiş klassik məbədin qülləsini olduğu kimimi bərpa etməliyik, yoxsa ona müasir görünüş verməliyik? Bu zaman ölkənin birinci xanımı Bricit Makron müzakirələrə qoşularaq, öz layihəsini təqdim etdi ”,- keçmiş mədəniyyət naziri yazır.

Bricit Makronun Mədəniyyət Nazirliyinə təqdim etdiyi maket hamını şoka salıb. Rozelin Başlo yazır ki, əvvəlcə bunun zarafat olduğunu düşünüblər. Çünki maketin zirvəsini ereksiya vəziyyətində olan kişi cinsiyyət orqanı və qızıldan iki ədəd "yumurta" bəzəyirdi.

“Mən bu “müasir” baxışa dərhal etirazımı bildirdim. Birinci xanımın sözündən çıxdığıma görə əsla peşman deyiləm”,- Başlo vurğulayır.


Amma prezident Makron da xanımının müasir memarlıq zövqünü dəstəkləyib. Bundan sonra Yelisey Sarayı nazirə qarşı çıxaraq, onu yersiz mühafizəkarlıqda və elastik düşünə bilməməkdə ittiham edib.
Bütün bunlara baxmayaraq, sonda kilsənin qülləsini orijinal variantda bərpa etmək qərara alınıb.

Yada salaq ki, Notr-Dam kilsəsində 2019-cu il, aprelin 15-də güclü yanğın baş vermişdi. Bundan sonra məbədin bərpa olunması üçün milyard avro pul yığılmışdı. Fransa prezidenti tarixi abidənin 5 ilə bərpa olunacağını vəd etmişdi. Gələn il məbədin qapılarının yenidən açılacağı gözlənilir.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Fransa   Makron   Notr-Dam  





Xəbər lenti