Britaniya parlamentində fahişə qalmaqalı

// Deputatlar səfərlərdə seks işçilərilə görüşürlərmiş

 Britaniya parlamentində fahişə qalmaqalı
  30 Dekabr 2022    Oxunub:3547
Böyük Britaniya parlamentinin üzvləri seks industriyası ilə fəal əlaqələrdə şübhəli bilinirlər. AzVision.azxəbər verir ki, bu barədə "Times"ın köşə yazarı Henry Zeffman məlumat yayıb.
Nəşr yazır ki, parlamentin üzvləri xarici ölkələrə səfər edən zaman əksər hallarda fahişələrlə vaxt keçiriblər. Hətta parlamentarilər qaldıqları mehmanxanalarda da qədim peşə sahiblərilə görüşürmüşlər.

Zeffman qeyd edib ki, deputatlara belə anormal davranışın mənfi nəticələri, xüsusən də mümkün şantajlarla bağlı xəbərdarlıq edilib. Bu cür ittihamlar artıq məlum siyasətçilər, xüsusən də Partiyalararası Parlament Qruplarının (APPG) fəaliyyəti ilə bağlı ciddi suallar doğurub.

Məsələ burasındadır ki, bu qrupların bəziləri büdcədən ayrılan pullarla ezamiyyətlər təşkil ediblər. Ehtimal ki, məhz belə səfərlər də əyləncə məqsədilə planlanır, seks və əyyaşlıq məclisləri qurulurmuş.

"Times" hökumətdə təmsil olunan və adı açıqlanmayan mənbəyə istinad edərək siyasi qalmaqalın böyüməsi ehtimalının olduğunu da yazıb. Belə ki, ingilis deputatların bu arzuolunmaz fəaliyyətləri ilə bağlı fotoşəkillər və ya digər sübutlar qeyri-dost ölkələrin əlinə keçə bilər. Bu da ölkə üçün potensial risklər yaradır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Britaniya   Deputat  





Xəbər lenti