Sürücü Avropa İttifaqı diplomatına zorlayıb

Sürücü Avropa İttifaqı diplomatına zorlayıb
  24 Dekabr 2022    Oxunub:815
Misirdə sürücü işləyən yerli sakin Avropa İttifaqının Qahirə missiyasının diplomatını zorlamaqda ittiham olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Səda əl-Balad" telekanalı məlumat yayıb.

Məlumata görə, Qahirə Cinayət Məhkəməsi işə şənbə günü baxacaq. Qahirənin mərkəzindəki prokurorluq həmin şəxsə iki epizodla bağlı ittiham irəli sürüb. İttihama görə, Zamalekin mərkəzi rayonunda o, Aİ-nin Qahirədəki missiyasının əməkdaşını hədələyərək zorlayıb.

Bundan əlavə, o, Kasr-an-Nilin başqa bir mərkəzi hissəsindı İtaliyadan olan rəqs müəlliminə sataşıb, lakin qadın qışqırıqları ilə başqalarının diqqətini çəkməyi bacarıb və polis gələnə qədər təcavüzçünü saxlayıb.

Qeyd edək ki, Misirdə zorlamaya görə, mövcud qanunvericiliyə əsasən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

AzVision.az



Teqlər: Misir  





Xəbər lenti