Parisdə kürdlərlə atışma: 5 polis yaralanıb

Qeyd edək ki, dekabrın 23-də Parisin 10-cu rayonunda 69 yaşlı kişi kürdlərin mədəniyyət mərkəzinin yaxınlığındakı küçədə atəş açıb. Atışma nəticəsində 3 nəfər ölüb, xəsarət alanlardan ikisinin vəziyyəti ağır, daha iki nəfərin vəziyyəti isə orta-ağırdır. Ölənlərdən iki kişi və bir qadın Parisdəki kürd icmasına aiddir. Böyükşəhər Prokurorluğu qəsdən adam öldürmə faktı ilə bağlı araşdırmalara başlayıb.
Polis atəş açan şəxsi saxlayıb. Hadisənin motivləri məlum deyil. KİV-in məlumatına görə, həmin şəxs milliyyətcə fransızdır, 2016 və 2021-ci illərdə qətl törədib.
Kürdlər hadisənin baş verdiyi ərazidə toplaşıb. Onların kortəbii mitinqi təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: