Fransa polisi nümayişçilərə gözyaşardıcı qazla cavab verdi

   Fransa polisi nümayişçilərə gözyaşardıcı qazla cavab verdi
  23 Dekabr 2022    Oxunub:882
Fransa polisi kürd mədəniyyət mərkəzinin yaxınlığında üç nəfərin öldürülməsindən sonra Paris küçələrinə çıxan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
BFM-nin məlumatına görə, kürd icmasının yüzə yaxın nümayəndəsi yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 17:00) radələrində toplaşıb. Nümayişçilər polisə şüşə və daş atmağa başlayıb. Polis onlara gözyaşardıcı qazla cavab verib.

Telekanalın məlumatına görə, 69 yaşlı fransızın törətdiyi atışma nəticəsində 3 kürd həlak olub, lakin hələlik bu məlumat rəsmi olaraq təsdiqini tapmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti