"Biz erməni həmkarımızın iştirakı ilə üçtərəfli əlaqəni gündəmdən çıxarmırıq. Dostlarımızı Moskvada qəbul etməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - nazir qeyd edib.
Lavrovun sözlərinə görə, sülh müqaviləsi mövzusu daimi diqqət tələb edir: “Biz danışıqlar prosesinin irəliləməsinə nə qədər çox kömək etsək, hazırda yer üzündə narahatlığa səbəb olan məsələlər bir o qədər tez həll olunacaq”.
![]() |
"Erməni həmkarlar son anda görüşdən imtina etdilər" - Lavrov |
Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda vəziyyətin nizamlanması və faydalı qazıntı yataqları ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi işlər görür.
Nazir bu mövzunun yeni olmadığını qeyd edərək deyib: "Davamlı və ədalətli sülhün bərqərar olmasında hamıdan çox Rusiya maraqlıdır. Biz imzalanmış bütün üçtərəfli bəyanatların icrasını təhlil etdik, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması məsələsini müzakirə etdik".
Tural Tağıyev
AzVision.az