Ermənistan parlamentində Qarabağ davası: "30 il nə etdiniz?"

   Ermənistan parlamentində Qarabağ davası:    "30 il nə etdiniz?"
  23 Dekabr 2022    Oxunub:813
Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, müxalifəti və iqtidarı təmsil edən deputatlar Qarabağ məsələsi ilə bağlı söz davasına çıxıblar.
Vaaqn Aleksanyan həmkarını tənqid edib: "Ciddi sima alıb gəlib deyirsən ki, Qarabağı 30 il əlimizdə saxlaya bildik. Nəyi saxlaya bilmisən axı?
30 il o şeyi saxlaya bilmisən ki, onun arxasında düşmən qüdrətləndi, sənin rəhbərlərin varlanırdılar, ordumuz isə irəli getmirdi. Kimsə bu kürsüdən çıxıb desə ki, sizin hakimiyyətiniz dövründə alınmış hansısa yeni, ən son hərbi silahları xatırlayır, onda lap məəttəl qalacağam.

Ermənilər parlamentdə Messidən danışan deputatı söydülər
Daha sonra Aleksanyanın çıxışına cavab verən “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Paşinyanın Sardarapatdakı bəyanatını xatırladıb: “O dedi ki, bizim ən müasir, effektli ordumuz var. Türklər olmasaydı, 44 günlük müharibədə qalib gələrdik. Əgər bu güclü ordunu etiraf edirsə, bəs o 30 il ərzində toplanan potensial sayılmırmı?".

Xaçatryanın özlərinə təskinlik verib ki, “Qarabağ yaxşı, pis, köhnə və ya yeni silahlarla da olsa 30 il erməni əlində saxlanıla bilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Qarabağ   Deputat  





Xəbər lenti