İranın Londondakı səfiri etirazçılardan belə qaçdı - VİDEO

   İranın Londondakı səfiri etirazçılardan belə qaçdı -    VİDEO
  23 Dekabr 2022    Oxunub:2027
Ötən gecə İranın Londondakı səfiri oğlu ilə birgə işdən çıxıb avtomobilə minmək istəyərkən etirazçılarla qarşılaşıb. Bunu görən diplomat dərhal səfirliyə qayıdıb.
Etirazçılar diplomata "binamus", “ölüm olsun Xameneyiyə” deyə qışqırıblar.

İngiltərədə yaşayan və molla rejimindən narazı iranlılardan biri deyib: “Biz İranın Londondakı səfirliyinin önündə çadır quracağıq. İstər boran, yağış, qar, istərsə də Yeni İl bayramı olsun, burada davamlı aksiya keçirəcəyik. Xameneyinin bayrağı səfirliyin binasından endirilənə qədər burada qalacağıq”.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti