"Azərbaycan Ordusuna kiminsə kəm gözlə baxmasına imkan verməyəcəyik" - Akar

   "Azərbaycan Ordusuna kiminsə kəm gözlə baxmasına imkan verməyəcəyik" -    Akar
  22 Dekabr 2022    Oxunub:1064
“Türklərin gücünü dünyaya nümayiş etdirən Azərbaycan Ordusuna bundan sonra heç kimin pis gözlə baxmasına icazə verməyəcəyik”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində deyib.

Akar Azərbaycan və Ermənistan arasında 44 gün davam edən Qarabağ müharibəsində baş verənlərin Türkiyə tərəfindən yaxından izləndiyini bildirib.

Azərbaycan torpaqlarının ədalətsiz müharibə nəticəsində işğal edildiyini deyən Akar qeyd edib ki, Rusiya, Amerika və Fransanın həmsədrlik etdiyi MİNSK Qrupu illərlə bu məsələyə reaksiya verməyib.

Hulusi Akar əlavə edib ki, tək millət olan Azərbaycan və Türkiyəyə qarşı hər hansı risk və ya təhlükə yaranarsa, buna qarşı bir ürəklə çıxmağa hazırdırlar.

Hər iki ölkənin ordusunun Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi üçün böyük səylə çalışdığını deyən Akar bu səylərin böyük uğurla davam etdiyini bildirib.

"Türkiyə Silahlı Qüvvələri ehtiyac duyulan müdafiə sənayesi ilə bağlı lazım olanları etdi və bundan sonra da əzm əzmlə edəcəyik. Türkün qüdrətini dünyaya nümayiş etdirən Azərbaycan Ordusuna bundan sonra kiminsə kəm gözlə baxmasına imkan verməyəcəyik".

Nazir Akar xatırladıb ki, Azərbaycanla hərbi təlim əməkdaşlıq, müdafiə sənayesi sahəsində bərpa, mina və partlayıcı maddələrdən təmizləmə işləri davam etdirilir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti