Putin Qərbə cavab olaraq neftlə bağlı fərman imzalayacaq

   Putin Qərbə cavab olaraq neftlə bağlı fərman imzalayacaq
  22 Dekabr 2022    Oxunub:808
Rusiya prezidenti Vladimir Putin dekabrın 26-27-də Qərb ölkələrinin razılaşdığı neftin maksimum qiymətinə qarşı cavab tədbirləri haqqında fərman imzalayacaq
AzVision.az TASS Agentliyinə istinadən xəbər verir ki, Putin fərmanı profilaktik tədbir adlandırıb.

Rusiya prezidenti bildirib ki, neftin qiymətinin məhdudlaşdırılması, yanacağın Qərbin müəyyən etdiyi qiymətlərə satılması ilə ziyan görməyəcək. Prezident vurğulayıb ki, Qərb "başqa ölkələri soymağa" öyrəşdiyindən, onların qiymət tavanının tətbiq etməsi dünya enerjisinin məhvinə aparan yol olacaq.

"Nəticədə neftin qiyməti həddindən artıq yüksələ bilər", deyə Rusiya lideri xəbərdarlıq edib.


Teqlər:





Xəbər lenti