AZAL indiyədək Ermənistana 144 min avro ödəyib

   AZAL indiyədək Ermənistana 144 min avro ödəyib
  22 Dekabr 2022    Oxunub:801
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2022-ci ildə hava məkanından istifadəyə görə Ermənistana təqribən 112 min avro ödəyib.
AzVision.az Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, AZAL yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanı vasitəsilə uçuşlar üçün "Armaeronavigatsiya" QSC-yə 111 927,22 avro köçürüb.

"Transfer müəyyən olunmuş qaydada EUROCONTROL (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı - red.) beynəlxalq təşkilatının marşrut tarifləri üzrə mərkəzi ofis vasitəsilə həyata keçirilib”, - məlumatda deyilir.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. 2021-ci il oktyabrın 6-dan 2021-ci il dekabrın 31-dək AZAL Ermənistana aeronaviqasiya xidmətləri üçün təxminən 32 min avro ödəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti