Nazirlər Ukrayna böhranını müzakirə etdilər

   Nazirlər Ukrayna böhranını müzakirə etdilər
  22 Dekabr 2022    Oxunub:630
Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirləri Türkiyənin Kayseri şəhərində keçirilən üçtərəfli görüşdə Qara dənizdə təhlükəsizlik məsələləri, eləcə də Ukrayna böhranını müzakirə ediblər.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlər həmçinin enerji təchizatı marşrutlarının şaxələndirilməsinin və enerji təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Onlar hərbi əməkdaşlıq planlarını müzakirə ediblər. Görüşün sonunda üç ölkənin nazirləri birgə kommünike imzalayıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti