ABŞ Ukraynaya əlavə 374 milyon dollar ayırdı

ABŞ Ukraynaya əlavə 374 milyon dollar ayırdı
  22 Dekabr 2022    Oxunub:898
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıb.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib. USAID-nin məlumatında bildirilir ki, vəsait münaqişə nəticəsində Ukraynanın ən çox zərər çəkmiş sakinlərinə, eləcə də köçkünlərə kömək üçün istifadə olunacaq.

Bu vəsait 1,5 milyondan çox insana ərzaq və pul yardımı göstərməyə kömək edəcək. Maliyyələşdirmə, həmçinin tibbi xidmətə, içməli su əldə edilməsinə, qışa hazırlıq və evlərin təmirinə yönəldiləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti