ABŞ Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində yardımı artıracaq

ABŞ Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində yardımı artıracaq
  21 Dekabr 2022    Oxunub:788
ABŞ 2023-cü ildə Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində yardım üçün 225 milyon dollar ayıracaq.
AzVision.az xəbər verir ki, bu, Konqresin dərc etdiyi “Dövlət maliyyələşdirilməsi haqqında” Qanun layihəsində qeyd edilib.

Bununla ABŞ-ın Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində ayırdığı yardım 2022-ci illə müqayisədə 45 milyon dollar və ya 20 % çoxdur.

Bildirilib ki, bu qərar ABŞ-ın Baltikyanı ölkələrə uzunmüddətli və güclü dəstək göstərməsinə əsas nümunədir.
AzVision.az



Teqlər:





Xəbər lenti