Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayrıldı

Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayrıldı
  21 Dekabr 2022    Oxunub:783
Dünya Bankı İspaniyanın zəmanəti ilə Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb.
Bu barədə İspaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Dünya Bankı “Better Health and Save Life” layihəsi çərçivəsində İspaniyanın zəmanəti ilə Ukraynaya ilk 100 milyon avroluq yardım paketini elan edib: “İspaniyanın maliyyə dəstəyi Ukraynaya Dünya Bankı tərəfindən təsdiq edilmiş üç yardım proqramından birincisini işə salmağa imkan verəcək”.

Qeyd edilib ki, bu maliyyə vəsaiti Ukraynada əsas tibbi xidmətlərə çıxışı bərpa etmək və yaxşılaşdırmaq, həmçinin səhiyyə sahəsində ehtiyacları ödəmək üçün istifadə olunacaq.


Teqlər:





Xəbər lenti