ABŞ Ukraynaya ilk dəfə “Patriot” verəcək

   ABŞ Ukraynaya ilk dəfə “Patriot” verəcək
  21 Dekabr 2022    Oxunub:962
ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib. Qeyd olunub ki, hərbi yardıma həmçinin minlərlə artilleriya və minomyot mərmiləri, PUA-lar əleyhinə sistemlər, yük avtomobilləri və hava-yer sinfindən olan HARM raketləri də daxildir.

Qed edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Onun amerikalı həmkarı Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır. Ukrayna Prezident Ofisinin məlumatına görə, Ukrayna lideri ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti