Putin döyüş bölgəsinə gedib - Peskov təsdiqlədi

      Putin döyüş bölgəsinə gedib    - Peskov təsdiqlədi
  20 Dekabr 2022    Oxunub:736
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına səfəri ilə bağlı yayılan informasiyanın dəqiqliyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə o, “Rossiyskaya qazeta”ya açıqlamasında məlumat verib.

Putin Belarusa gedib
“Əgər o, cümə günü prezidentin olduğu qərargahı nəzərdə tutursa, o zaman bəli, gedib”, - Kreml sözçüsü deyib.

Xatırladaq ki, bir müddət öncə Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Telegram kanalında Putinin xüsusi əməliyyat zonasına səfər etdiyini açıqlamışdı. Qeyd edilirdi ki, Putin xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib. Prezident burada qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib və onların məruzələrini dinləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Peskov  





Xəbər lenti