Yeni Zelandiyada siqaret satışı qadağan edilir

   Yeni Zelandiyada siqaret satışı qadağan edilir
  14 Dekabr 2022    Oxunub:573
Yeni Zelandiya gələn ildən tütün məmulatlarına tamamilə qadağa tətbiq edəcək.
Bu barədə məlumatı BBC yayıb. Qeyd olunub ki, ölkə parlamentinin qəbul etdiyi qanuna əsasən 2008-ci ildən sonra doğulan hər kəs heç vaxt siqaret və ya tütün məmulatı ala bilməyəcək.

“Minlərlə insan daha uzun və sağlam ömür sürəcək. Səhiyyə sistemi siqaretin səbəb olduğu çoxsaylı xərçəng, infarkt, insult kimi xəstəliklərin müalicəsi ehtiyacını aradan qaldırmaqla 3,2 ABŞ dolları qənaət etmiş olacaq”,- deyə səhiyyə naziri Ayeşa Verroll bildirib.

Noyabr ayında açıqlanan hökumət statistikasına görə, Yeni Zelandiyada siqaret çəkmə nisbətləri artıq tarixi minimuma enib, keçən il 9,4% ilə müqayisədə böyüklərin cəmi 8%-i gündəlik siqaret çəkir.

AzVision.az




Teqlər:





Xəbər lenti