"Paşinyan Qarabağdan hərbi texnikaları çıxarmağı tapşırıb" - Ermənistan mətbuatı

   "Paşinyan Qarabağdan hərbi texnikaları çıxarmağı tapşırıb" -    Ermənistan mətbuatı
  13 Dekabr 2022    Oxunub:713
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki ağır texnikaları çıxarır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Nəşr xatırladıb ki, rəsmi Bakı bir müddət öncə Laçın yolu ilə hələ də Xankəndinə hərbi texnikanın daşınmasına sərt şəkildə etiraz etmişdi. İndi isə texnikalar əksinə hərəkət edəcək.

"Sülhməramlılar güc tətbiq etmək üçün "yuxarıdan" əmr gözləyirlər" - Hraparak
"Xankəndidəki mənbələrimizdən öyrəndik ki, Bakının növbəti tələbini yerinə yetirən Paşinyan bu bəyanatlara cavab olaraq Qarabağ ermənilərini silahlandırmadığını sübut etmək üçün bölgədən ağır hərbi texnikanın böyük partiyasını geri çəkməyi tapşırıb. Bu da Xankəndinin silahsızlaşdırmasını göstərmək üçün edildi. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi və həftələr sonra onlar ekoloqlarla Laçın dəhlizini bağladılar”, - qəzet yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ   Paşinyan  





Xəbər lenti