Belarusda dövlətə xəyanətə görə ölüm hökmü tətbiq edilir

   Belarusda dövlətə xəyanətə görə ölüm hökmü tətbiq edilir
  07 Dekabr 2022    Oxunub:352
Belarus parlamentinin aşağı palatası vəzifə tutan və ya hərbi qulluqçu statusu daşıyan şəxs tərəfindən dövlətə xəyanətə görə ölüm cəzasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Destruktiv ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirmək məqsədilə qanun layihəsində dövlətə xəyanətə görə ölüm cəzası şəklində müstəsna cəza tədbirinin tətbiqinin mümkünlüyünü nəzərdə tutan əlavələr təklif edilir”, - parlamentin aşağı palatasının Telegram kanalında deyilir.

Qeyd olunur ki, müvafiq norma çərşənbə günü deputatlar tərəfindən birinci oxunuşda qəbul edilmiş “Cinayət məsuliyyəti haqqında məcəllələrin dəyişdirilməsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Tural Tağıyev
AzVision.az

Teqlər: Belarus  







Xəbər lenti