“Baxmayaraq ki, "Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan və onun komandası sülhməramlıların rəhbərinin təkidi ilə ictimaiyyətin başının altına yumşaq yastıq qoymağa çalışır, amma dəhlizdə xüsusi nəzarət-buraxılış məntəqəsi yaradılacaq. Burada rentgen skanerlərinin quraşdırılması məsələsi müzakirə olunur. Qarabağdakı mənbələrimiz bizə deyirlər ki, cihazların quraşdırılması ilə bağlı artıq razılıq da əldə olunub. Yaxın vaxtlarda sülhməramlıların keçid məntəqəsində belə qurğular yerləşdiriləcək", - müəllif qeyd edib.
Xankəndidəki mənbənin sözlərinə görə, azərbaycanlılar onlayn rejimdə Qarabağ ərazisinə daxil olan avtomobillərin nəinki, baqajlarının içinə, sərnişinlərə də nəzarət edə, baxa biləcəklər. Onlar ruslarla birgə dəhlizə tam nəzarət edəcəklər.
"9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda bu yolun yalnız Rusiya sülhməramlılarının nəzarəti altında olacağı açıq şəkildə göstərilib. Amma Rusiya sülhməramlılarının bölgədəki rəhbəri Volkov bir gün əvvəl Balasanyanla uzun-uzadı danışıb. O, anti-Rusiya ab-havasının artmaması, hay-küy qalxmaması üçün hələlik bu razılaşmalarla bağlı faktı gizlətməyə qərar verib. Buna dair sübutlar var”, - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az