Saakaşvili qan analizi verməkdən imtina etdi

“Mən istintaq tədbirləri keçirmək, qan nümunəsi götürmək üçün cənab Saakaşvilinin yanında olmuşam. Biz nümunələr götürməyi təklif etdik, lakin cənab Saakaşvili bu gün bizə istintaq tədbirlərinin aparılmasına icazə verməkdən imtina etdi”.
İstintaq xidmətinin nümayəndəsi ümid etdiyini bildirib ki, qan analizi sonradan götürülə bilər.
Bundan əvvəl Saakaşvilinin orqanizmində ağır metalların, o cümlədən civənin olması “Empatiya” qeyri-hökumət təşkilatının araşdırması nəticəsində üzə çıxıb. Onların sözlərinə görə, Saakaşvilidə həbslə bir araya sığmayan on diaqnoz aşkarlanıb.
“Empathy”nin rəhbəri Mariam Cişkarianinin sözlərinə görə, Gürcüstanın eks-prezidenti müalicə üçün xaricə göndərilməlidir, əks halda ölə bilər.
Çərşənbə axşamı Gürcüstan Ombudsmanı Nino Lomjaria tərəfindən yaradılan həkimlər şurası da siyasətçinin müalicə üçün xaricə aparılmasını istəyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: