İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib

Bundan əvvəl azərbaycanlı cütlük işgəncə verilib və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb.
İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-ı günortadan sonra mediaya verdiyi açıqlamada Bəsic üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə, 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini bildirib.
Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdiklərinə görə saxlanılıb, sonradan onlara qarşı ağır ittihamlar irəli sürülüb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: