Kiyev müharibə başlayandan hərbi ehtiyaclara nə qədər pul ayırıb?

"Müharibə zamanı hökumət ordunun və təhlükəsizlik sektorunun maliyyələşdirilməsinə 1 trilyon 130 milyard qrivna (30,6 milyard dollar - red.) ayırıb", - Şmıqal deyib.
Baş nazirin sözlərinə görə, Kiyev fevral ayından hərbçilərin və digər güc strukturlarının əməkdaşlarının təkcə maaşları üçün 770 milyard qrivna (20,85 milyard dollar - red.) ayırıb. Ukrayna hakimiyyəti texnika və silahların alınması, təmiri və modernləşdirilməsi üçün isə 176,2 milyard qrivna (4,77 milyard dollar - red.) ayırıb ki, bu da son 10 ildəki ümumi göstəricidən çoxdur.
Baş nazir onu da vurğulayıb ki, Ukraynanın 2023-cü il büdcəsində silah və hərbi texnikanın alınması, modernləşdirilməsi və təmiri üçün 300 milyard qrivna (8,12 milyard dollar-red.) nəzərdə tutulub.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken noyabrın sonunda NATO ölkələri və tərəfdaşlarının Kiyevə 40 milyard dollar dəyərində silah və hərbi texnika tədarük etdiyini demişdi. ABŞ indiyədək Ukraynaya təxminən 20 milyard dollarlıq hərbi yardım edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna Müharibə Büdcə