İrəvan-Tehran qardaşlığı sıxlaşır - Ticarət dövriyyəsində 45 faizlik artım

   İrəvan-Tehran qardaşlığı sıxlaşır -    Ticarət dövriyyəsində 45 faizlik artım
  06 Dekabr 2022    Oxunub:1050
2022-ci ilin ilk on ayında Ermənistanla İran arasında ticarət dövriyyəsi 45,3% artaraq 565,6 milyon dollara çatıb.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Armen Arzumanyan İranla biznes sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdikdən sonra jurnalistlərə deyib.

Qarabağı talan edən İran şirkətləri - ADLAR
Arzumanyanın sözlərinə görə, 2021-ci illə müqayisədə (390 milyon dollardan çox olub-red.) bu il sabit artım qeydə alınıb ki, bu da digər amillərlə yanaşı, iki ölkənin ticarət attaşelərinin işi sayəsində əldə edilib.

“Bu rəqəm işgüzar əməkdaşlığın müsbət istiqamətdə inkişaf etməsi deməkdir", - İrəvan rəsmisi qeyd edib.

Nazir müavini artımın dekabr ayında da qeydə alınacağına ümid etdiyini bildirib. Arzumanyanın sözlərinə görə, göstəricilərin yaxşılaşması əsasən Ermənistan məhsullarının ixracı hesabına təmin edilib. Nazir müavini onu da vurğulayıb ki, ölkəsi ixrac həcmini daha da artıra bilər.

"Ermənistan məhsulları yüksək keyfiyyətlidir və iranlı istehlakçıların zövqünə uyğundur. Lakin 80 milyonluq bazarda rəqabət aparmaq üçün özünə yer tapmaq lazımdır", - iqtisadiyyat nazirinin müavini vurğulayıb.

O xüsusi olaraq qeyd edib ki, hər iki ölkənin liderləri ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaqla bağlı qarşıya məqsəd qoyublar. Bu məqsədlə sözügedən qurumda işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə müzakirə təşkil olunub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan   Ticarət  





Xəbər lenti