Xorvatiyada təyyarə qəzası olub

"Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi çərşənbə axşamı saat 14.00 radələrində planlı təlim uçuşu keçirib. Qırıcı uçuş zamanı Virovitisa-Podravina bölgəsinin Slatina ərazisi yaxınlığında yerə düşüb düşüb. Ekipajın axtarışı və xilas edilməsi üçün bütün tədbirlər görülüb", - məlumatda deyilir.
KİV yazır ki, müxtəlif mənbələrə görə, hazırda Xorvatiya hərbçiləri bir neçə sovet istehsalı olan MiQ-21 qırıcısını işlək vəziyyətdə saxlayırlar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qəza Təyyarə Xorvatiya