"Konkret addımlar gözləyirik" - Akar

   "Konkret addımlar gözləyirik" -    Akar
  06 Dekabr 2022    Oxunub:684
"İsveç və Finlandiya tərəfindən imzalanmış öhdəliklər var. Bildiririk ki, onlar yerinə yetirilməlidir. Biz bu memorandumun son deyil, başlanğıc olduğuna diqqət çəkirik".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, bunlar bitdikdən sonra parlament öz qərarını verəcək.

"Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf ki, bu ölkələrdə hələ də bəzi təxribatçı hərəkətlərin, görüntülərin davam etdiyini görürük. Həm İsveç, həm də Finlandiyanın konkret addımlar atmasını gözləyirik".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti